• Bakı C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.7766

    RUB - 1.7015

Trampdan şok qərar - Trans qadınlar kişi həbsxanalarına köçürülür

DÜNYA

25 Yanvar 2025 | 00:50

Trampdan şok qərar - Trans qadınlar kişi həbsxanalarına köçürülür

ABŞ prezidenti Donald Tramp cinsini dəyişən kişilərin kameralarında bioloji qadınlara qarşı zorakılıq etməsinin qarşısını almaq üçün transseksual qadınların kişi həbsxanalarına köçürülməsinə dair yeni sərəncam imzalayıb.

Bakıvaxtı.az Ient.az-a istinadən xəbər verir ki, Tramp vəzifəyə gəldiyi ilk saatlarda bir neçə mübahisəli sərəncam imzalayaraq diqqətləri üzərinə çəkib.

Yeni prezident Trampın ən böyük məqsədi Bayden dövründə durğunlaşan gender rollarını yenidən təşkil etmək idi.

Təbiətdə yalnız iki cinsin olduğunu dəfələrlə bəyan edən Tramp vəzifəsinin ikinci günündə "Qadınların gender ideologiyası ekstremizminə qarşı müdafiəsi və federal hökumətə bioloji həqiqətin bərpası" adlı sərəncam imzalayıb.

Bu qərardan sonra ABŞ-da cins yalnız "kişi" və "qadın" olaraq təyin olunacaq və rəsmi sənədlərdə yalnız iki cins yer alacaq.

Sərəncam federal həbsxanalardakı qaydalara da təsir edir və beləliklə transgender qadın məhbusların doğulduğu zaman təyin olunduqları cinsə görə kişi həbsxanalarında yerləşdirilməsini tələb edir və onlar gender keçidləri üçün tibbi yardımdan məhrum edilir.

Sərəncamın icrasından sonra Tramp transseksual kişi məhbusların qadın həbsxanalarından kişi həbsxanalarına köçürülməsi ilə bağlı göstəriş verib.

Bu qərar həm də bioloji qadınların həbsxana kameralarında trans qadınlar tərəfindən təhqir edilməsinin və pozulmasının qarşısını almaq məqsədi daşıyır. /lent.az


SON XƏBƏRLƏR

24 Yanvar 2025