• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Koreyanın 5 minlik elit qüvvəsi Kurskda döyüşə girir

DÜNYA

27 Oktyabr 2024 | 09:43 | Müəllif: Subhan Mahmudov

Koreyanın 5 minlik elit qüvvəsi Kurskda döyüşə girir

Şimali Koreyanın bir neçə min əsgəri Ukrayna Silahlı Qüvvələrini Kurskdan çıxarmaq üçün döyüşə cəlb olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" Ukrayna və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, Şimali Koreyanın ilk əsgərləri çərşənbə günü Kursk bölgəsinə gəlməyə başlayıb və bazar ertəsinə (28 oktyabra) qədər 5000-ə yaxın koreyayalı əsgərin orada toplanacağı gözlənilir.

Eyni zamanda, qeyd olunub ki, bu qoşunlar Koreya Xalq Ordusunun elit bölməsinin bir hissəsidir. Onlar Vladivostokdan İl-76 təyyarələri ilə Rusiyanın qərbindəki hərbi aerodromlara aparılır, sonra isə döyüş bölgəsinə göndərilir./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026