• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

İsrail ordusu “Hizbullah”ın bir neçə yüksək rütbəli liderini zərərsizləşdirib

DÜNYA

27 Sentyabr 2024 | 12:10

İsrail ordusu “Hizbullah”ın bir neçə yüksək rütbəli liderini zərərsizləşdirib

İsrail ordusunun hücumu nəticəsində “Hizbullah”ın raket qüvvələrinin başçısı İbrahim Məhəmməd Kabisi, onun müavini Abbas İbrahim Şərəf Əd-Din, həmçinin hərəkatın bir neçə yüksək rütbəli lideri öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sosial şəbəkələrdə yaydığı məlumatda deyilir.

Zərbələr “Şimal oxları” əməliyyatı çərçivəsində endirilib.

Qeyd olunub ki, IDF-in endirdiyi daha bir zərbə nəticəsində təşkilatın zenit-raket kompleksi bölməsinin baş əməliyyatçısı Fuad Şafik Hazal Hanafer də həlak olub.


SON XƏBƏRLƏR