• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Türkiyədə terrorçulara qarşı əməliyyat - xeyli silah...

DÜNYA

27 Sentyabr 2024 | 09:42

Türkiyədə terrorçulara qarşı əməliyyat - xeyli silah...

Türkiyənin 10 əyalətində terrorçulara qarşı "Gürz-17" əməliyyatı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, əməliyyat nəticəsində terrorçuların sığındığı 71 mağara və sığınacaq dağıdılıb.

Həmçinin 1303 zenit-raket sursatları, 360 əl bombası, terror aktı üçün hazırlanmış 267 kiloqram partlayıcı maddə, 141 mina, 80 RPG9-7 sursatı, müxtəlif növ avtomat silahları və digər növ sursatlar ələ keçirilib.

A.Yerlikaya terrorçulara qarşı mübarizənin davam edəcəyini bildirib.


SON XƏBƏRLƏR