• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

İsrail ordusu hərəkətə keçdi: Livana qoşun yeridilir?

DÜNYA

27 Sentyabr 2024 | 10:33

İsrail ordusu hərəkətə keçdi: Livana qoşun yeridilir?

İsrailin Livana havadan endirdiyi zərbələr yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olub. 

Bakıvaxtı.az xəbər verir ki, ekspertlər İsrailin aviazərbələrini Livana qurudan hücuma hazırlıq kimi qiymətləndirir.

ABŞ və Fransa tərəfləri 21 günlük atəşkəsə çağırıblar, ancaq İsrail qlobal çağırışları rədd edib. 

Ötən gün İsrailə məxsus döyüş təyyarəsinin paytaxt Beyrutu vurması nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb. Bununla da Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 600-ə çatıb. Hücum zamanı Hizbullahın hava qüvvələri bölmələrindən birinin rəhbəri Məhəmməd Surur öldürülüb. 

Hizbullahın rabitə vasitələrinin partladılmasından və hava hücumlarından sonra İsrail Livana sərhədə qurudan hücumu imitasiya edən hərbi təlimlərə başlayıb. Bu da İsrailin Livana qurudan hücumu edəcəyi barədə qorxuları artırıb.

Ekspertlər deyir ki, İsrail Hərbi Hava Qüvvələri quru əməliyyatı zamanı qoşunlara kömək etməyi planlaşdırır və İrandan hər hansı silah tədarükünü dayandıracaq. "Şimal Komandanlığı ilə çiyin-çiyinə quru manevrinə hazırlaşırıq", - İsrail ordusunun yaydığı videoda deyilir.

Cümə günü BMT Baş Assambleyasında çıxış etməzdən əvvəl Nyu-Yorka gələn İsrailin baş naziri Benyamin Netanyahu jurnalistlərə deyib ki, ordu Hizbullahı tam güclə vurmağa davam edəcək: "Biz bütün məqsədlərimizə çatana qədər, ilk növbədə, sakinləri sağ-salamat evlərinə geri qaytarana qədər dayanmayacağıq”. İsrailin xarici işlər naziri İsrael Katz isə "X" hesabında yazıb ki, şimalda atəşkəs olmayacaq.

Qeyd edək ki, 2006-cı ildə baş verən müharibədən sonra İsrailin Livana ən güclü bombardmanı müşahidə olunur. Hücumlardan sonra yüz minlərlə insan evlərini tərk edib.


SON XƏBƏRLƏR