• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Gürcüstanda seçki kampaniyasına start verilib

DÜNYA

28 Avqust 2024 | 12:10

Gürcüstanda seçki kampaniyasına start verilib

Bu gündən Gürcüstanda seçki kampaniyası başlayıb. Eyni zamanda, seçki qanunvericiliyinə əsasən, seçkiöncəsi təbliğat çərçivəsində bir sıra qaydalar da qüvvəyə minib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Natia İoseliani bildirib.

Onun sözlərinə görə, Seçki Administrasiyası seçki prosesinin qanunvericiliyin tam şəkildə qorunması, şəffaf, azad, demokratik şəraitdə və yüksək peşəkarlıqla keçirilməsi üçün bütün tədbirləri görür.

Bildirilib ki, oktyabrın 26-da seçicilər dörd il müddətinə Gürcüstan parlamentinin 150 deputatını proporsional seçki sistemi əsasında seçəcəklər.

Gürcüstanda ilk dəfə olaraq oktyabrın 26-da Seçki Administrasiyası ən geniş miqyasda elektron seçki texnologiyalarından istifadə edəcək və seçicilərin təxminən 90 faizi elektron vasitələrdən – yoxlama və səssayma cihazlarından istifadə etməklə səs verəcək.

Ümumilikdə 3030 seçki məntəqəsi açılacaq, onlardan 2262-də səsvermə elektron, 768-də isə ənənəvi üsulla keçiriləcək.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024