• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Netanyahu oğlunun təhlükəsizliyinin gücləndirilməsini istəyib?

DÜNYA

28 Avqust 2024 | 11:20

Netanyahu oğlunun təhlükəsizliyinin gücləndirilməsini istəyib?

“İsrailin Baş naziri Benyamin Netanyahu bu yaxınlarda hökumət başçısının təhlükəsizliyi məsələlərini nəzərdən keçirən konsultativ komissiyaya müraciət edib. O, müraciətində oğlu Yair Netanyahunun mühafizəsini gücləndirməyi istəyib”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “The Times of Israel” portalı yayıb. 

Bildirilib ki, bu, onun “İranın hədəfinə” çevrilə biləcəyi ehtiyatları ilə əlaqəlidir. 

Mənbələrin məlumatına görə, sözügedən komissiya Yair Netanyahunun mühafizəsinin gücləndirilməsini əsaslandıran kəşfiyyat materialları təqdim etməyi tələb edib. 

Daha sonradan Netanyahunun ofisi müraciətlə bağlı mediada yayılan məlumatı təkzib edib. 

Qeyd edək ki, 33 yaşlı Yair Netanyahu 2023-cü ilin aprelindən Mayamidə yaşayır. Onun mühafizəsi ilə İsrailin ümumi təhlükəsizlik xidmətinin 2 əməkdaşı məşğul olur. 

Onu da xatırladaq ki, avqustun 20-də Y.Netanyahunun Mayamidə yaşadığı elit yaşayış kompleksində partlayıcı qurğuya bənzər əşyanın tapıldığı barədə məlumat yayılmışdı. Bildirilib ki, həmin gün bina sakinləri öz mənzillərini tərk etməmələri və pəncərəyə yaxın durmamaları ilə bağlı kompleksin administrasiyasından və polisdən bildiriş alıblar. Üç saatdan sonra isə onlara sözügedən əşyanın yoxlanıldığı və onun bomba olmadığı barədə məlumat verilib. İnsident zamanı Netanyahunun oğlu binada olmayıb.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024