• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

“Con” qasırğası 5 nəfərin həyatına son qoyub

DÜNYA

27 Sentyabr 2024 | 09:15

“Con” qasırğası 5 nəfərin həyatına son qoyub

Meksikanın Gerrero əyalətində “Con” qasırğasının fəsadları nəticəsində 5 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bunu respublika Prezidenti Andres Manuel Lopes Obrador gündəlik mətbuat konfransında deyib.

"Təkcə Akapulkoda deyil, Gerrero ştatının bütün sahillərində baş verənlər barədə hesabatım var. Xoşbəxtlikdən böyük dağıntılar olmadı. Kosta Çika bölgəsində dörd nəfər, digəri Akapulkoda ölüb. Hazırda cəmi beş ölüm qeydə alınıb", - Lopes Obrador deyib.

Meteoroloji Xidmətin məlumatına görə, “Con” qasırğası 2-ci kateqoriyaya çevrilərək sentyabrın 26-da axşam saatlarında yenidən Meksika sahillərini vura bilər.


SON XƏBƏRLƏR