• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Gürcüstanda parlament seçkilərində “Gürcü arzusu” qalib gəlib - YENİLƏNİB

DÜNYA

26 Oktyabr 2024 | 23:21 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda parlament seçkilərində “Gürcü arzusu” qalib gəlib - YENİLƏNİB

Seçki məntəqələrinin 97 faizində səslərin hesablanmasının nəticələrinə əsasən, hakim “Gürcü arzusu” partiyası 52,99 faiz səslə parlament seçkilərində qalib gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvili məlumat yayıb. 

“Dəyişiklik Naminə Koalisiya” (11,2%), “Birlik – Milli Hərəkat” (9,83%), “Güclü Gürcüstan” (9,02%) və “Gürcüstan Naminə Qaxariya” (8,22%) partiyaları yaxından arxadadır. Beləliklə, müxalifət ümumilikdə 38,27% səs toplayır. Qalan partiyalar beş faizlik baryeri keçmir və parlamentə düşmür.

 

22:11

Gürcüstan Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin baş tutduğunu elan edib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, saat 20:00-a olan ilkin məlumatına görə, seçici fəallığı 58,94 % təşkil edib.

Səslərin 70,9 %-i işlənildikdən sonra “Gürcü Arzusu” 52,98 % səs toplayıb. “Gürcü arzusu”na 921 067 seçici səs verib.

Parlamentə, həmçinin 4 müxalifət partiyası daxil olur:

”Dəyişiklik Koalisiyası” – 11,2 %, ”Vahidlik – Milli Hərəkat” – 9,8 %, ”Güclü Gürcüstan” – 9 %, ”Qaxariya – Gürcüstan naminə” – 8,2 %.

Qalan partiyalar 5 %-lik baryeri keçə bilməyiblər.

Qeyd edək ki, Gürcüstanın hakim partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib ki, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası parlament seçkilərində qələbə qazanmasına baxmayaraq, ilkin hesablamalara görə, parlamentdə 90-91 mandat alacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR