• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

"Binance" fələstinlilərin bütün aktivlərini müsadirə edib

İQTİSADİYYAT

28 Avqust 2024 | 12:17

Binance fələstinlilərin bütün aktivlərini müsadirə edib

 "Binance" kriptovalyuta şirkəti İsrail hökumətinin tələbi ilə fələstinlilərin bütün bitkoin aktivlərinə həbs qoymağa qərar verib. 

Bakıvaxtı.az "Son dakika"ya istinadən xəbər verir ki, dünyanın ən böyük kriptovalyuta birjalarından sayılan "Binance" şirkətinin bu qalmaqallı qərar etirazlara səbəb olub. 

Belə ki, sosial media platformalarında ""Binance" soyqırımın yanındadır!" başlığı ilə boykot etiketi açılıb.

Beynəlxalq ictimaiyyətin böyük reaksiyasına səbəb olan bu qərardan sonra "Binance" iddiaları rədd edərək, qeyri-qanuni vəsaitlərlə əlaqəli yalnız az sayda istifadəçi hesabına qadağa qoyulacağını açıqlayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

13 Sentyabr 2024