Çin ABŞ-nin bəzi Çin mallarına gömrük rüsumlarını artırmaq üçün "Ticarət Aktı"nın 301-ci bölməsindən sui-istifadə etməsinə yenidən etiraz edib.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyinin sözçüsü He Yonqyan məlumat verib.
O, bildirib ki, Çin dəfələrlə 301-ci maddəyə uyğun olaraq tətbiq edilən rüsumlarla bağlı ABŞ-yə ciddi bəyanatlar verib:
"Ümumdünya Ticarət Təşkilatı (ÜTT) uzun müddətdir ki, 301-ci Bölmə çərçivəsində tariflərin tətbiq edilməsinin onun qaydalarına zidd olduğuna qərar verib. Lakin ABŞ bu yanlış yolda davam edi".
Çin ABŞ-ni qlobal istehsal və tədarük zəncirlərini qorumağa, hər iki ölkənin istehlakçıları və istehsalçılarının əsas maraqlarını təmin etmək üçün Çin mallarına tətbiq edilən bütün əlavə tarifləri mümkün qədər tez aradan qaldırmağa çağırıb.
Gülşən Şərif










jpg-1729863474.webp)





