• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

"İsrailin Qəzzaya hücumları müharibə cinayətidir" - ABŞ beyin mərkəzi

DÜNYA

28 Avqust 2024 | 16:12

İsrailin Qəzzaya hücumları müharibə cinayətidir - ABŞ beyin mərkəzi

"İsrailin ABŞ-nin təchiz etdiyi silahlardan istifadə edərək Qəzzaya ən azı 20 hücumu müharibə cinayəti sayıla bilər". 

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu, Amerikanın Məsul Hökumət üzrə Quincy İnstitutunun bazar ertəsi dərc etdiyi araşdırma hesabatında yer alıb.

Məlumata görə, İsrail hərbçiləri ABŞ silahlarından qaçqın düşərgələrinə, məktəblərə və xəstəxanalara, eləcə də hərbi hədəflərə qeyri-mütənasib hücumlarda istifadə edib. Bütün hücumlar beynəlxalq humanitar hüququ pozub və çoxlu mülki itkilərlə nəticələnib.

"Demək olar ki, İsrail hərbi kampaniyanın bütün aspektlərində iştirak edən Amerika silahlarına arxalanır. İsrail ABŞ istehsalı olan bombaları, o cümlədən MK-84, MK-83, MK-82 və 250 kiloluq kiçik diametrli bombaları atmaq üçün F-35, F-16 və F-15 kimi ABŞ istehsalı olan təyyarələrdən istifadə edir", - deyə araşdırmada qeyd olunub.

Gülşən Şərif


SON XƏBƏRLƏR

13 Sentyabr 2024