• Bakı 21° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Vladivostok və Pekini birləşdirəcək yeni reys açılacaq

DÜNYA

27 Sentyabr 2024 | 14:58

Vladivostok və Pekini birləşdirəcək yeni reys açılacaq

Oktyabrın 20-dən etibarən Çinin "Hainan Airlines" aviaşirkəti Pekindən Vladivostoka müntəzəm uçuşlar həyata keçirməyə başlayacaq. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, yeni uçuşlar həftədə üç dəfə "Boeing 737-800" təyyarələrində həyata keçiriləcək. 

Təyyarələr çərşənbə axşamı, cümə və bazar günləri Vladivostokdan yola düşəcək. Uçuş müddəti 2 saat 50 dəqiqədir.

Avqust ayında həftədə 12 dəfəyə qədər uçuşlar həyata keçirən Pekin Vladivostok hava limanı üçün ən populyar beynəlxalq istiqamət hesab olunur.

Qeyd edək ki, hazırda Vladivostokdan Pekinə müntəzəm uçuşlar Rusiyanın "Aurora" və "S7 Airlines" aviaşirkətləri, eləcə də Çinin "China United Airlines" aviaşirkətləri tərəfindən həyata keçirilir. 

Gülşən Şərif


SON XƏBƏRLƏR