• Bakı 21° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

 Livan XİN naziri: "Xalqımızın gələcəyi risk altındadır"

DÜNYA

27 Sentyabr 2024 | 15:05

 Livan XİN naziri: Xalqımızın gələcəyi risk altındadır

"Livanın varlığını təhdid edən böhranla üz-üzəyik". 

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edən Livanın xarici işlər naziri Abdullah Həbib deyib.

İsrailin Livan-İsrail sərhədi boyunca hərbi əməliyyatlarını pisləyən nazirin sözlərinə görə, vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün təcili beynəlxalq müdaxiləyə ehtiyac var.

"İsrailin hərəkətləri regional və beynəlxalq təhlükəsizliyi udan qara dəliyə çevrilir. Hazırda Livanın üzləşdiyi ən ciddi problemlərdən biri təcavüzün artmasıdır. Müharibə artıq Livan ərazisinə yayılıb. İşğal davam etdikcə, qeyri-sabitlik və müharibə olacaq. Biz İsraillə sərhəd mübahisələrinin həllinə sadiqik. Lakin İsrail davamlı olaraq bu məsələdən yayınıb", - deyə, nazir vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR