• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Dünyanın ən böyük xokkey meydançası tikiləcək

DÜNYA

27 Sentyabr 2024 | 14:35

Dünyanın ən böyük xokkey meydançası tikiləcək

Çexiyada dünyanın ən böyük xokkey meydançası tikiləcək.

Bakıvaxtı.az “Pravda.sk” nəşrinə istinadən xəbər verir ki, sözügedən ölkənin "Pardubiçe" xokkey klubunun sahibi Petr Dedek 22 296 nəfər azarkeş tutumlu arena inşaa etdirəcək.

İdman obyektinin ümumi investisiya həcmi 10,5 milyard CZK (417 milyon avro) təşkil edəcək

Kompleksdə əsas arena ilə yanaşı, kiçik zal, otel və qaraj da yer alacaq. Yeni meydançanın 2027-ci ilin yayına qədər hazır olması gözlənilir. Hər il orada 100-ə yaxın tədbir keçiriləcək.

Qeyd edək ki, hazırda dünyanın ən böyük azarkeş tutumuna malik xokkey stadionu Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən SKA Arenadır. Meydança 21 542 tamaşaçı qəbul etmək imkanına malikdir.\Report


SON XƏBƏRLƏR