• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Medvedçuk: "Ukrayna məhv olmaq ərəfəsindədir"

DÜNYA

28 Avqust 2024 | 12:24

Medvedçuk: Ukrayna məhv olmaq ərəfəsindədir

"Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumundan sonra prezident Vladimir Zelenskinin rəhbərliyi ilə ölkə məhv olmaq ərəfəsindədir". 

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu "Başqa Ukrayna" hərəkatının rəhbəri, Ukraynada qadağan olunmuş "Müxalifət platforması - Ömürlük" partiyasının keçmiş lideri Viktor Medvedçuk deyib.

Onun sözlərinə görə, Zelenski Rusiyanı işğal etməklə, Ukrayna dövlətçiliyi ilə bağlı hökmü imzalayıb:

"Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinə hücum etməzdən əvvəl Ukraynanı xilas etmək imkanı var idi. Danışıqlar nəticəsində ölkə bölünmədən və başqa dövlətlər tərəfindən mənimsənilmədən azad edilə bilərdi. Hazırda Zelenskinin nəzarəti altında olan Ukrayna dünyanın aparıcı oyunçularını maraqlandırmır, hətta Kursk bölgəsinə hücum Vaşinqton üçün sürpriz olub".

Gülşən Şərif


SON XƏBƏRLƏR

13 Sentyabr 2024