• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Naxçıvanda əmək yarmarkası təşkil edilib

İQTİSADİYYAT

28 Avqust 2024 | 13:25

Naxçıvanda əmək yarmarkası təşkil edilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 50-dən çox işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, yarmarkada muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə çoxsaylı iş yeri təklifinin əhalinin məşğulluq problemlərinin həllində əhəmiyyətli rol oynadığını deyib.

Qeyd edilib ki, muxtar respublikada işaxtaran şəxslərin məşğulluqlarının təmin edilməsi, o cümlədən əmək bazarında rəqabətə davamlılığın artırılması, kadr potensialının yüksəldilməsi daim diqqət mərkəzindədir. Bu baxımdan gənclərlə yanaşı, xüsusi ixtisası və ya peşəsi olmayan, əmək qabiliyyətli şəxslərin məşğulluğunun təmin edilməsi də mühüm əhəmiyyət daşıyır. Əmək yarmarkaları bu kateqoriyadan olan şəxslərin işlə təmin olunması istiqamətində vacib məşğulluq tədbirlərindən biridir.

Yarmarkada işsiz və işaxtaran vətəndaşlara 50-dən çox dövlət və özəl müəssisədən ümumilikdə 350-dən çox vakansiya təqdim olunub. Vakansiyalar üzrə müraciət edənlərdən CV-lər qəbul olunaraq nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb. Həmçinin işsiz və işaxtaran şəxslərə agentliyin aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib, müraciət edən şəxslərlə ilkin sorğular aparılıb.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024