• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Vərəm genetik yox, yoluxucu xəstəlikdir

CƏMİYYƏT

28 Avqust 2024 | 15:18

Vərəm genetik yox, yoluxucu xəstəlikdir

 “Vərəm genetik xəstəlik deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.

Onun sözlərinə görə, vərəm yoluxucu xəstəlikdir.

"Əgər ailədə 1 nəfər vasitəsilə digər ailə üzvlərinə xəstəlik keçibsə, o zaman ailədaxili infeksiya yaranır".

Direktor qeyd edib ki, ailədə bir nəfərdə vərəm aşkarlanıbsa, mütləq müalicə olunmalıdır.

İ.Axundova nəzərə çatdırıb ki, hava-damcı yolu ilə vərəmə yoluxma baş verir.

“HİV, onkoloji və hormonal xəstəliklərə qarşı müalicə alanlar, vərəm xəstələri ilə kontakta olan tibb işçiləri bu xəstəliyə daha çox yoluxur”,, - deyə İradə Axundova vurğulayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

13 Sentyabr 2024