• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Durovun həbsi: Rusiya-Fransa münasibətləri daha da dərinləşəcək

DÜNYA

28 Avqust 2024 | 12:35

Durovun həbsi: Rusiya-Fransa münasibətləri daha da dərinləşəcək

Məlumdur ki, “Telegram”ın yaradıcısı Pavel Durov avqustun 24-də Paris hava limanında saxlanılıb. Fransa hakimiyyəti teleqramda moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır.

Bakıvaxtı.az-ın məlumatına görə, Fransa prezidenti Emmanuel Makron Durovun həbsinin siyasi olmadığını açıqlasa da, Rusiya belə düşünmür. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Fransa hakimiyyəti Pavel Durova qarşı irəli sürülən ittihamlarla bağlı ciddi sübutlar təqdim edə bilməsə, onun işi siyasi hesab edilə bilər. Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin isə Pavel Durovun məxfi məlumatları Qərbə açıqlamayacağına ümid etdiyini açıqlayıb.

Bəs görəsən, Durovun azadlığa buraxılmaması hansı nəticələrə səbəb ola bilər?

Siyasi şərhçi Kənan Novruzov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Pavel Durov yaxın zamanlarda azad olunmazsa, məsələ tamamilə siyasiləşdiriləcək.

Onun sözlərinə görə, məsələnin siyasiləşməsi Rusiya-Fransa münasibətlərini daha da dərinləşdirəcək:

"Qarşıdakı bir neçə gün ərzində Durov azad olunmasa, Rusiya və Fransa arasında qarşılıqlı siyasi çəkişmələrin baş verməsi ehtimalı yüksəkdir. Yəni, qarşılıqlı siyasi meydan oxumalar müşahidə olunacaq. Çünki Durovun həbsinin konkret olaraq hansı səbəbdən olduğu naməlumdur. Çox güman ki, bu həbs məhz "Telegram" sosial şəbəkəsi ilə bağlıdır. Ola bilər, Fransanın "Telegram"da Rusiyaya qarşı hansısa informasiya müharibəsi komponentlərindən istifadə etmək niyyəti var. Əslində bu mövqe tək Fransaya məxsus deyil. Fransa təkbaşına bu cür addım atmağa cəsarət edə bilməz. Firkimcə, bu məsələdə ABŞ-nin də əli var".

Kənan Novruzov:  Fransa təkbaşına bu cür addım atmağa cəsarət edə bilməz

K.Novruzov hesab edir ki, Rusiya-Fransa münasibətlərinin daha da gərginləşməsi yalnız bu iki ölkəyə təsir etməyəcək. Bu, Rusiya-ABŞ və Qərb-Rusiya münasibətlərindəki gərginliyin yeni müstəviyə keçməsinə səbəb olacaq.

Gülşən Şərif


SON XƏBƏRLƏR

13 Sentyabr 2024