• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

MÜTDA rəsmisi: 2 mindən artıq vakant müəllim yeri 3 ildir heç bir namizəd tərəfindən seçilmir

CƏMİYYƏT

28 Avqust 2024 | 12:42

MÜTDA rəsmisi: 2 mindən artıq vakant müəllim yeri 3 ildir heç bir namizəd tərəfindən seçilmir

Təəssüf ki, 2 mindən artıq vakant müəllim yeri 3 ildir heç bir namizəd tərəfindən seçilmir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli MİQ-lə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, həmin yerlər şəhər və ya ucqar ərazilərə aiddir: "Vakant yerlər əsasən texniki fənlər üzrədir. Halbuki 40 balı keçən namizədlər həmin yerləri seçmiş olsaydı, daimi əsaslarla müəllim işləmək imkanı qazanmış olardı".

N.İsmayılbəyli əlavə edib ki, builki MİQ üzrə keçid balını toplayan 22 min namizəddən təxminən 4-5 mini vakansiya seçimində iştirak etməyib.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024