• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

CƏMİYYƏT

27 Sentyabr 2024 | 11:33

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Sentyabrın 30-da, saat 06:00-dan Böyükşor-Pirşağı-Bilgəh yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Binəqədi-Balaxanı avtomobil yolunda "Balaxanı dairəsi" adlanan ərazinin yenidən qurulan hissəsinin 2-ci mərhələsində aparılan tikinti işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Yol bağlanmır. Sürücülərdən qeyd olunan tarixdən etibarən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026