• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Fransanın keçmiş prezidenti Makronu tənqid edib

DÜNYA

28 Avqust 2024 | 16:07

Fransanın keçmiş prezidenti Makronu tənqid edib

Fransanın sabiq prezidenti, Sosialist Partiyasının üzvü Fransua Olland prezident Emmanuel Makronun Milli Assambleyanın ən böyük siyasi qrupu olan solçu Yeni Xalq Cəbhəsi (NFP) ittifaqının ümumi namizədini baş nazir təyin etməkdən imtina etməsini pisləyib. 

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, keçmiş prezident Olland Emmanuel Makronun Yeni Xalq Cəbhəsi (NFP) alyansının baş nazirliyə namizədi Lüsi Kastesi təyin etməkdən imtina etməsini institusional səhv kimi qiymətləndirib.

 O, bildirib ki, Lüsi Kastesin namizədliyini rədd etmək prezident Makronun səlahiyyətində deyil.

"Makronun solçuların baş nazirliyə namizədini təyin etməkdən imtina etməsi siyasi səhv olmaqla yanaşı, həm də institusional səhvdir".  

Qeyd edək ki, Makron avqustun 26-da solçu Lüsi Kastesi baş nazir təyin etməyəcəyini və hökumət qurmaq üçün siyasi liderlərlə danışıqları davam etdirəcəyini açıqlayıb. Fransa konstitusiyasına görə, prezidentin istədiyi adamı baş nazir təyin etmək səlahiyyəti var. Lakin siyasi ənənələrə görə, baş nazir ən çox səs toplayan partiya və ya alyansdan seçilir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

13 Sentyabr 2024