• Bakı 9° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Bu uşaqlarda vərəmə yoluxma daha yüksəkdir

CƏMİYYƏT

28 Avqust 2024 | 15:23

Bu uşaqlarda vərəmə yoluxma daha yüksəkdir

"Vərəmin risk qruplarına uşaqlar da daxildir".

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.

Onun sözlərinə görə, əsasən 5 yaşına qədər uşaqlarda immunitet hələ tam formalaşmadığı üçün onlarda yoluxma daha yüksəkdir.

"Uşaqlarda əsasən ağciyərlərdən kənar vərəm müşahidə olunur ki, buna limfa düyünlərində yaranan xəstəlik aiddir".

İ.Axundovanın dediyinə gğrə, 3 ay həftədə 1 dəfə istifadə edilən müalicə var ki, bu vərəmə yoluxmanın aktiv xəstəliyə çevrilməsinin qarşısını alır.

"Yeni doğulmuşlar mütləq vərəm profilaktikasından keçsinlər",-deyə həkim xəbərdarlıq edib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR