• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

AAYDA cari ildə tikilmiş piyada keçidləri ilə bağlı məlumat yayıb

CƏMİYYƏT

28 Avqust 2024 | 11:31

AAYDA cari ildə tikilmiş piyada keçidləri ilə bağlı məlumat yayıb

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi sərəncam və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Bakıvaxtı.az quruma istinadla xəbər verir ki, həyata keçirilən  tədbirlər çərçivəsində paytaxt Bakı şəhərinin zəruri ərazilərində, həmçinin respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədi ilə cari il ərzində də bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılıb və bu istiqamətdə işlər davam etdirilir.

Bildirilib ki, Bakı şəhəri üzrə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan – Zuğulba avtomobil yolunun 8-ci km-də və Ziya Bünyadov prospektinin X.R.Ulutürk küçəsi ilə kəsişməsində yerüstü piyada keçidinin  tikintisi yekunlaşıb. Bundan əlavə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun 3-cü km-də və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan – Zuğulba avtomobil yolunun 11-ci km-də yerüstü piyada keçidinin tikintisi yekunlaşmaq üzrədir.

Respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində isə M-2 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72-ci km-də, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 262,5-ci km-də yerüstü piyada keçidinin tikintisi yekunlaşıb.

Qeyd edilib ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 69-cu və 266,6-cı km-də,  Bakı – Şamaxı – Yevlax avtomobil yolunun 26,5-ci km və 35,6-cı km-də, həmçinin, Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 43-ci km-də və R-18 Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 104-cü km-də yerüstü piyada keçidinin tikintisi yekunlaşmaq üzrədir. 


SON XƏBƏRLƏR

13 Sentyabr 2024