• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Özbəkistana səfər edən azərbaycanlıların sayı artıb

İQTİSADİYYAT

28 Avqust 2024 | 13:49

Özbəkistana səfər edən azərbaycanlıların sayı artıb

Bu ilin yanvar-iyul aylarında 9,6 min Azərbaycan vətəndaşı Özbəkistana turizm məqsədilə səfər edib.

Bakıvaxtı.az Özbəkistanın Statistika Agentliyinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 min nəfər və ya 19,8 % artıb.

Hesabat dövründə 5 657 Azərbaycan vətəndaşı Özbəkistana istirahət, 3 362 nəfər qohumları ziyarət etmək, 9 nəfər müalicə, 3 nəfər təhsil almaq məqsədilə səfər edib, 543 nəfərin səfəri isə xidməti məqsədi olub.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024