• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Durov azad edilməyib - Paris prokurorluğu - YENİLƏNİB

DÜNYA

28 Avqust 2024 | 20:04

Durov azad edilməyib - Paris prokurorluğu - YENİLƏNİB

Paris prokurorluğu "Telegram"ın yaradıcısı Pavel Durovun hələ də azad edilmədiyini və hakim tərəfindən saxlanıldığını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bundan əvvəl mətbuatda Durovun azadlığa buraxıldığı barədə xəbərlər yayılmışdı. 

 

***18:18

Pavel Durov həbsdən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, hakim ilkin dindirilmə və mümkün ittihamlar üçün "Telegram" təsisçisinin polisdə saxlanmasını dayandırıb. O, məhkəmə zalından azad olunub.

 

***17:01

"Telegram"ın yaradıcısı Pavel Durov məhkəməyə gətirilib.

Bakıvaxtı.az AFP-yə istinadən xəbər verir ki, onun daha 48 saat nəzarət altında qalıb-qalmamasına qərar veriləcək. Pavel Durovun öz telefona giriş imkanı yaradacağı halda azadlığa buraxıla biləcəyi qeyd olunub.

Xatırladaq ki, Pavel Durov avqusutun 24-də Parisdə saxlanılıb.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024