• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Çinin "Hainan" Hava Yolları Moskvaya birbaşa uçuşlara başlayıb

DÜNYA

28 Avqust 2024 | 16:16

Çinin Hainan Hava Yolları Moskvaya birbaşa uçuşlara başlayıb

Çinin Hainan Hava Yolları Haykou şəhərini birləşdirən yeni birbaşa hava marşrutu açıb. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, yeni hava marşrutu həftədə üç gediş-dönüş uçuşu həyata keçirəcək. Hər bazar ertəsi, çərşənbə və şənbə günləri "HU765" nömrəli reys Haykoudakı "Meilan" Beynəlxalq Hava Limanından Pekin vaxtı ilə saat 02:30-da qalxacaq və yerli vaxtla saat 07:40-da Moskva Şeremetyevo Beynəlxalq Hava Limanına çatacaq. 

"HU766" nömrəli geri dönüş reysi yerli vaxtla saat 14:25-də Moskvadan yola düşəcək və ertəsi gün Pekin vaxtı ilə saat 05:00-da Haykouya çatacaq.

Bu, "Hainan" Hava Yolları tərəfindən həyata keçirilən Haykoudan Moskvaya ilk birbaşa hava marşrutudur. 

Yeni hava marşrutunun işə salınmasının təkcə Haykou və Moskva arasında iqtisadi inkişafa və mədəni mübadilələrə deyil, həm də "Haynan" Azad Ticarət Limanının inkişafına təkan verəcəyi gözlənilir. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

13 Sentyabr 2024