• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğan Paşinyanla nələri müzakirə edib?

DÜNYA

27 Sentyabr 2024 | 16:15

Ərdoğan Paşinyanla nələri müzakirə edib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT-nın 79-cu sessiyası çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla baş tutmuş görüşündən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib ki, o, Paşinyanla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini müzakirə edib.

    “Mən Paşinyanın bu məsələyə müsbət yanaşmasını gördüm. Bilirəm ki, Azərbaycanda da bu məsələyə münasibət eynidir. İki ölkə problemi həll edərlər”, - Ərdoğan qeyd edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026