• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Peskov: Rusiya Türkiyədə qaz qovşağı yaratmağı planlaşdırır

DÜNYA

28 Avqust 2024 | 15:25

Peskov: Rusiya Türkiyədə qaz qovşağı yaratmağı planlaşdırır

Ukraynanın Rusiya qazının tranziti müqaviləsini uzatmaqdan imtina etməsi avropalı istehlakçıların maraqlarına ciddi ziyan vuracaq, Rusiya Federasiyasının isə alternativ tədarük marşrutları var.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əlbəttə, Ukrayna tərəfinin belə bir qərarı avropalı istehlakçıların maraqlarına da ciddi ziyan vuracaq”, - o, jurnalistlərə bildirib.

Mətbuat katibi qeyd edib ki, Rusiyanın Avropaya alternativ təchizat marşrutları var.

“Alternativ marşrutlar var, Türkiyədə qovşağın yaradılması planlaşdırılır və bununla bağlı iş gedir”, - D.Peskov əlavə edib.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024