• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Çin hərbi təyyarəsi Yaponiya hava məkanını pozub - İlk dəfə

DÜNYA

28 Avqust 2024 | 15:28

Çin hərbi təyyarəsi Yaponiya hava məkanını pozub - İlk dəfə

Yaponiya Çin hərbi təyyarələri tərəfindən hava məkanının görünməmiş şəkildə pozulmasını tamamilə qəbuledilməz və təhlükəsizliyinə təhdid kimi pisləyib.

Bakıvaxtı.az "Sinxua"ya istinadn xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi açıqlama yayıb. 

Bildirilib ki, "Y-9" müşahidə təyyarəsi təxminən iki dəqiqə ərzində Yaponiya hava məkanını pozub. Təyyarə Naqasaki prefekturasındakı Danco adaları yaxınlığındakı regional hava məkanını pozub və Yaponiyanı fövqəladə şəkildə döyüş təyyarələrini səfərbər etməyə sövq edib.

"Bu pozuntu Şərqi Çin dənizindəki mübahisəli adalar yaxınlığında Çin gəmilərinin təkrar dəniz təxribatlarından sonra regional gərginliyin artdığı bir vaxta təsadüf edir. Çin hərbi təyyarəsinin hava məkanımızı pozması təkcə suverenliyimizi ciddi şəkildə pozmaq deyil, həm də təhlükəsizliyimizə təhdiddir", - deyə məlumatda vurğulanıb.

Nazirlik Çinin Yaponiya yaxınlığındakı son hərbi fəaliyyətləri genişlənməyə və getdikcə aktivləşməyə meylli olduğunu qeyd edib:

"Hökumət Çinin hərbi fəaliyyətinə, diqqətli müşahidəsinə ciddi diqqət yetirməyə davam edəcək. Hava məkanının pozulması ilə bağlı mümkün tədbirlər görüləcək".

Gülşən Şərif


SON XƏBƏRLƏR

13 Sentyabr 2024