• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Bu balığın kiloqramını Norveçdən 24, Türkiyədən 180 manata alırıq - Qiymətlər

İQTİSADİYYAT

28 Avqust 2024 | 12:23

Bu balığın kiloqramını Norveçdən 24, Türkiyədən 180 manata alırıq - Qiymətlər

Bu balığın kiloqramını Norveçdən 24, Türkiyədən 180 manata alırıq - Qiymətlər

Cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 34,53 ton qızılbalıq gətirilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda balığın idxalına 485,21 min ABŞ dolları vəsait xərclənib. Bu dövrdə ən çox qızılbalıq Norveçdən alınıb. Belə ki, bu ölkədən idxal olunan qızılbalığın miqdarı 34,22 ton olub. Norveçdən alınan qızılbalığın 1 kiloqramının orta gömrük dəyəri 23,6 manat olub.

Bununla yanaşı Danimarkadan idxal olunan qızılbalığın 1 kiloqramının orta gömrük dəyəri 44,2 manat, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığından alınan qızılbalığın bir kiloqramının orta gömrük dəyəri 29,6 manat, Türkiyədən alınan qızılbalığın bir kiloqramının orta gömrük dəyəri 179,52 manat olub.Valyuta.az


SON XƏBƏRLƏR

13 Sentyabr 2024