• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Azərbaycan Ümumrusiya Dəniz Konqresində təmsil olunacaq

CƏMİYYƏT

28 Avqust 2024 | 14:01

Azərbaycan Ümumrusiya Dəniz Konqresində təmsil olunacaq

Sentyabrın 24-25-də Moskvada Ümumrusiya Dəniz Konqresi keçiriləcək. Tədbir Rusiya Federasiyasının Sənaye və Ticarət və Nəqliyyat nazirlikləri, “FSUE Rosmorport”, Rusiya Gəmiçilik Palatası və Dəniz Ticarət Limanları Assosiasiyasının dəstəyi ilə təşkil ediləcək.

Bakıvaxtı.az təşkilatçılara istinadla xəbər verir ki, konqresin işgüzar və sərgi proqramında 2000-dən çox iştirakçının, o cümlədən dəniz sənayesinin aparıcı şirkətlərinin 300-dən çox yüksək vəzifəli şəxslərinin, 15 ölkədən - Azərbaycan, Türkiyə, Çin, Hindistan, Vyetnam, İran, Myanma, BƏƏ, Malayziya, Belarus, Qazaxıstan, Türkmənistan və də digərlərindən 150-dən çox nümayəndənin iştirakı gözlənilir.

Auditoriyanın əksəriyyətini dəniz texnikası istehsalçıları və təchizatçıları, gəmiqayırma və gəmi təmiri müəssisələrinin nümayəndələri təşkil edəcək. Konqresdə limanların, gəmiçilik, balıqçılıq və nəqliyyat-logistika şirkətlərinin, konstruktor bürolarının, layihə, elm və təhsil təşkilatlarının rəhbərləri və mütəxəssisləri iştirak edəcəklər. Ümumilikdə, 200-dən çox məruzəçinin iştirakı ilə 25-dən çox işgüzar tədbir planlaşdırılır. Sessiyaların mövzuları müasir gündəliyə uyğun tərtib olunub və texnoloji suverenlik kontekstində donanmanın yenilənməsindən tutmuş sənayenin rəqəmsallaşmasına qədər ən aktual məsələlərin geniş spektrini əhatə edəcək.

Bundan əlavə, hibrid formatda “Rusiya-Hindistan” və “Rusiya-Çin” beynəlxalq biznes dialoqları, rusiyalı və xarici ekspertlərlə telekonfransların təşkili də nəzərdə tutulur. Tədbirdə çıxışların ingilis, Çin və İspan dillərinə tərcüməsi təmin edilir.

Ümumrusiya Dəniz Konqresi Rusiya Federasiyasının dəniz və çay nəqliyyatı sənayesinin fəaliyyətində ən aktual məsələlərin müzakirəsi üçün səlahiyyətli platformadır. Bu, işgüzar əlaqələri inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq və dəniz sənayesi təşkilatlarının imkanlarını təqdim etmək üçün yaxşı imkandır. Tədbirin əsas məqsədləri Rusiyanın ən böyük dəniz regionlarının populyarlaşdırılması və regionlararası əməkdaşlığın gücləndirilməsi, Rusiya Federasiyasının bütün subyektlərinin müəssisələri arasında nəqliyyat və sənaye əməkdaşlığının inkişafı, dost ölkələrlə işləmək üçün əlverişli şəraitin yaradılması, dəniz sənayesinin ən aktual problemləri və effektiv həll yollarının inkişafıdır.

Qeyd edək ki, ilk Ümumrusiya Dəniz Konqresi 2022-ci il oktyabrın 3-4-də Moskvada keçirilib. Burada Rusiya Federasiyasının 82 subyektindən və 24 ölkədən 1500 iştirakçı iştirak edib, iki gün ərzində 230 məruzəçinin çıxışları dinlənilib.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024