• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Türkiyədən qərar: "S-400"dən imtina edəcək

DÜNYA

28 Avqust 2024 | 11:53

Türkiyədən qərar: S-400dən imtina edəcək

Türkiyə Rusiyanın "S-400" hava hücumundan müdafiə sistemlərindən imtina etmək qərarına gəlib

Bakıvaxtı.az "Cumhuriyyet"ə istinadən xəbər verir ki, Türkiyə Rusiyanın "S-400" zenit-raket komplekslərindən  imtina edərək, Amerikanın "F-16" qırıcılarını almağa qərar verib. 

"Türkiyə Rusiyadan 2,5 milyard dollara alınan və ABŞ ilə münasibətlərdə böhrana səbəb olan "S-400" hava hücumundan müdafiə sistemlərinin  həlli ideyasını müzakirəyə çıxarıb. Bu, ABŞ-nin "F-35"ləri satmağa qayıtması üçün şərtdir", - deyə məlumatda qeyd olunub.

Analitik Engin Özer bildirib ki, Türkiyə alternativ plan həyata keçirir və Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə sistemlərini Liviyada yerləşdirəcək. 

Onun sözlərinə görə, Ankara bu alternativ planı həyata keçirə bilər. Çünki razılaşmaya əsasən, bu sistemləri istifadə üçün üçüncü ölkələrə ötürə, sata və ya verə bilməz.

Gülşən Şərif


SON XƏBƏRLƏR

13 Sentyabr 2024