• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Zaxarova: "Yaxın Şərq təhlükəli həddə çatıb"

DÜNYA

28 Avqust 2024 | 11:57 | Müəllif: Gülşən Şərif

Zaxarova: "Yaxın Şərq təhlükəli həddə çatıb"

"Yaxın Şərq nəzarətsiz eskalasiya ilə doludur". 

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Yaxın Şərqdə hazırkı təhlükəli eskalasiyanın əsas səbəbləri həll olunmamış Fələstin-İsrail münaqişəsi ilə bağlıdır:

"Bu münaqişə İsrail-Livan sərhədi bölgəsində, işğal olunmuş Qolan təpələri, Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularında hərbi-siyasi vəziyyətin kəskin pisləşməsinə səbəb olub. Bundan  başqa, İsraillə İran arasında qarşıdurma da yeni səviyyəyə çatıb. Beləliklə, Yaxın Şərq təhlükəli nöqtəyə yaxınlaşıb".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026