• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Kreml: Trampın Üçüncü Dünya müharibəsi ilə bağlı narahatlığı başa düşüləndir

DÜNYA

28 Avqust 2024 | 14:21

Kreml: Trampın Üçüncü Dünya müharibəsi ilə bağlı narahatlığı başa düşüləndir

“ABŞ prezidentliyinə namizəd Donald Trampın Üçüncü Dünya müharibəsi təhlükəsi ilə bağlı narahatlığı başa düşüləndir. Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu və Kiyevin digər hücumları vəziyyəti son həddə qədər gərginləşdirir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, kollektiv Qərb adlanan ölkələrin bir çoxunun bu münaqişəyə dərindən qarışdığını və birbaşa iştirak etdiklərini qeyd edib.

“Kursk vilayətində olduğu kimi bu cür hücumlar, əlbəttə ki, gərginliyi son həddə çatdırır. Ona görə də narahatlığa əsas var və bu halda belə həyəcanverici bəyanatlara anlayışla yanaşmaq olar”, - Kreml rəsmisi vurğulayıb.\APA


SON XƏBƏRLƏR

13 Sentyabr 2024