• Bakı 19° C

    18.44 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Mobil telefonlarla bağlı proqnoz

CƏMİYYƏT

17 Iyun 2024 | 15:47

Mobil telefonlarla bağlı proqnoz

"SpaceX" və "Tesla" şirkətlərinin sahibi İlon Mask gələcəkdə insanların telefonlardan istifadə etməyəcəklərini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, milyarder bu barədə "X" sosial şəbəkə platformasında onun fəaliyyətinə həsr edilmiş səhifədə gedən müzakirələrə cavab verərkən qeyd edib.

Belə ki, səhifədə istifadəçilərə ünvanlanan "Ağlınızla idarə etməyə imkan verən "Neuralink" interfeysinin beyninizdə quraşdırılmasını istərdinizmi?" sualına şərh yazan İlon Mask qeyd edib ki, gələcəkdə mobil qurğulara ümumiyyətlə ehtiyac qalmayacaq.

"Gələcəkdə telefonlar olmayacaq, yalnız "Neuralink" olacaq", - İlon Mask qeyd edib.Oxu.az


SON XƏBƏRLƏR

25 Iyun 2024