• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycan Dünya Kubokuna ev sahibliyi edəcək

İDMAN

18 May 2024 | 14:09

Azərbaycan Dünya Kubokuna ev sahibliyi edəcək

Azərbaycan Qış İdman Növləri Federasiyasının xizək alpinizmi üzrə Dünya Kubokunun Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (ISMF) ünvanladığı müraciət müsbət qarşılanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, əldə olunan nəticəyə əsasən, ISMF tərəfindən Dünya Kubokunun Şahdağda keçirilməsi ilə bağlı qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Dünya Kubokunun 2025-ci ilin 11-12 yanvar tarixlərində "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Dünya Kubokunun keçirilməsi ilə bağlı qərar bu ilin 9-10 mart tarixlərində Azərbaycan Qış İdman Növləri Federasiyası və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan Beynəlxalq Xizək Alpinizmi seriya yarışından sonra ISMF tərəfindən hazırlanmış uğurlu qiymətləndirmə hesabatının nəticəsi əsasında verilib.


SON XƏBƏRLƏR

26 Iyul 2024