• Bakı 22° C

    5.26 m/s

AVRO-2024:İngiltərə millisi turnirə qələbə ilə start verib - YENİLƏNİB 

İDMAN

17 Iyun 2024 | 00:56 | Müəllif: Subhan Mahmudov

AVRO-2024: İngiltərə millisi turnirə qələbə ilə start verib - YENİLƏNİB

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun baş tutub.

Bakıvaxtı.az-ın məlumatına görə, turnirin favoritlərindən hesab edilən İngiltərə I turda Serbiya seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma britaniyalıların qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 13-cü dəqiqədə Cud Bellinqem vurub.

C qrupunun digər görüşündə Danimarka Sloveniya ilə bərabərə qalib - 1:1.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

 

***00:06

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının Serbiya - İngiltərə matçında ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, britaniyalılar hazırda hesabda öndədirlər - 1:0.

13-cü dəqiqədə Cud Bellinqem fərqlənib.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

 

***23:52

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının Serbiya - İngiltərə matçında birinci hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, britaniyalılar fasiləyə üstün yollanıblar - 1:0.

13-cü dəqiqədə Cud Bellinqem fərqlənib.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

 

***23:17

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının Serbiya - İngiltərə matçında hesab açılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 13-cü dəqiqədə britaniyalılar rəqibi məyus ediblər.

Cud Bellinqem fərqlənib.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

 

***23:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Serbiya – İngiltərə matçı Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Qarşılaşmanı italiyalı Daniele Orsato idarə edir. C qrupunun digər görüşündə Danimarka Sloveniya ilə bərabərə qalıb - 1:1.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026