Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, D qrupunun ilk matçı Polşa və Niderland milliləri arasında baş tutub.
Hamburq şəhərində gerçəkləşan qarşılaşmada "narıncılar" 2:1 hesabı ilə qələbə qazanıb.
Görüşdə hesabı Polşa yığması açıb. 16-cı dəqiqədə Adam Buksa fərqlənib. İlk yarım saatın tamamına bir dəqiqə qalmış Kodi Qakpo “status-kvo”nu bərpa edib. Oyunun yekun nəticəsini isə final fitinə 7 dəqiqə qalmış adını tabloya yazdıran Vaut Veqhorst müəyyənləşdirib.
***18:44
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında hesab növbəti dəfə dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, "narıncılar" hesabda önə keçiblər.
83-ü dəqiqədə Vaut Veqhorst komandasını hesabda irəli çıxarıb.
***18:16
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında ikinci hissə başlayıb..
Bakıvaxtı.az xəbər verir ki, fasilədən sonra hesab bərabərdir - 1:1.
Polşanın heyətində Adam Buksa, holladlardan isə Kodi Qakpo fərqlənib.
***17:51
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında ilk hissə başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yolanıblar.
Polşanın heyətində Adam Buksa, holladlardan isə Kodi Qakpo fərqlənib.
***17:38
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında hesab bərabərləşib.
Bakıvaxtı.az xəbər verir ki, ilk yarım saatın tamamına bir dəqiqə qalmış Kodi Qakpo "narıncılar"ın bərabərlik qolunu vurub - 1:1.
Qarşılaşma davam edir.
***17:18
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında hesab açılıb.
Bakıvaxtı.az xəbər verir ki, 16-cı dəqiqədə Adam Buksa "narıncılar"ı cəzalandırıb.
Qarşılaşma davam edir.
***17:00
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, D qrupunun ilk matçı Polşa və Niderland milliləri arasında start götürüb.
Hamburq şəhərindəki oyunu portuqaliyalı baş hakim Artur Diaş idarə edir.