• Bakı 17° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Mahir Emreli Almaniya Bundesliqasında!

İDMAN

16 Iyul 2024 | 12:55

Mahir Emreli Almaniya Bundesliqasında!

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni klubu bəlli olub. 

Bakıvaxtı.az xəbər verir ki, Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Dinamo Zaqreb"dən ayrılmağa qərar verən futbolçumuz karyerasını Almaniyanın 2-ci Bundesliqasında davam etdirəcək. 

Mahir "Nürnberq"lə razılığa gəlib. Onun hazırda düşərgəsində olduğu klubla müqavilənin şərtlərini razılaşdırmağa çalışdığı bildirilir. 

Emrelinin Azərbaycana dönəcəyi, onun "Qarabağ" və "Neftçi"dən birinə keçəcəyi xəbər verilsə də, forvard karyerasını legioner kimi davam etdirməyə qərar verib. 

Qeyd edək ki, Almaniyanın köklü klublarından olan "Nürnberq"i hazırda bu ölkənin əfsanələrindən sayılan Miroslav Kloze çalışdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026