• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Modriç "Real"ın tarixinə DÜŞDÜ

İDMAN

15 Avqust 2024 | 09:58

Modriç "Real"ın tarixinə DÜŞDÜ

Xorvatiyalı futbolçu Luka Modriç İspaniyanın "Real" klubunun tarixinə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisində ən çox titul qazanan oyunçu adına sahib çıxıb.

O, son olaraq ötən gün komanda ilə UEFA Superkubokunu qazanıb. Bu Modriçin "Kral klubu"nda 27-ci tituludur.

İkinci sırada Dani Karvahal və Naço Fernandes (hər ikisi 26 titul) qərarlaşıb. İlk "üç-lüy"ü "Real"ın keçmiş futbolçuları Kərim Benzema ilə Marselo (hər ikisi 25) tamamlayır.

Qeyd edək ki, "Real" tarixində 6-cı dəfə UEFA Superkubokunu qazanmaqla rekorda imza atıb. İspaniyanın "Barselona" və İtaliyanın "Milan" komandalarının beş belə mükafatı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026