• Bakı 23° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.8912

    RUB - 0.0186

Premyer Liqa: VI turun 2 oyunu keçiriləcək

İDMAN

14 Sentyabr 2024 | 09:17

Premyer Liqa: VI turun 2 oyunu keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasının VI turunun 2 oyunu keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, günün ilk oyunu Şamaxıda baş tutacaq.

Burada yerli komanda “Sumqayıt”ı sınağa çəkəcək. Qonşu pillələrdə qərarlaşan komandalar 3 xal sayəsində turnir cədvəlində vəziyyətlərini yaxşılaşdıra bilərlər.

Çempion öz meydanında "Səbail"lə görəşəcək. Autsayderlə qrupunda qərarlaşan qonaq komandanın bu görüşdə xal qazanması ciddi uğur sayılaşacaq.

Qeyd edək ki, turun digər açılış matçında “Araz-Naxçıvan” “Kəpəz”ə qalib gəlib. Sabah “Zirə” “Neftçi” ilə, “Sabah” isə “Turan Tovuz”la qarşılaşacaq.

Azərbaycan Premyer Liqası
IV tur
14 sentyabr (şənbə)
16:30 “Şamaxı” – “Sumqayıt”

Hakim: Rəşad Əhmədov
Şamaxı şəhər stadionu

19:00 “Qarabağ” – “Səbail”
Hakim: Tural Qurbanov
“Azersun Arena”


SON XƏBƏRLƏR