• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Mbappe “Real Madrid”də - RƏSMİ

İDMAN

16 Iyul 2024 | 15:49

Mbappe “Real Madrid”də - RƏSMİ

Kilian Mbappenin “Real Madrid” karyerası rəsmən başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, ulduz futbolçu “Santyaqo Bernabeu”da azarkeşlərin önünə çıxıb.

    Mbappe təqdimat mərasimindən əvvəl klub prezidenti Florentino Perezlə görüşüb.

    O, yeni komandası ilə 5 illik müqaviləyə imza atıb. Perez Madrid təmsilçisinin yeni ulduzuna 9 nömrəli formanı təqdim edib.

    “Real” Mbappeyə 50 milyon avro məbləğində imza ödənişi edəcək. Futbolçunun illik maaşının isə 15-20 milyon aralığında olması gözlənilir.

    Qeyd edək ki, Kilianın Madriddəki təqdimat mərasimini izləmək üçün təxminən 80 min azarkeş bilet almışdı.

    Kilian Mbappe buna qədər Fransanın PSG komandasının futbolçusu olub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    16 Noyabr 2026