q
  • Bakı 21° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.2989

"Barselona" Nqolo Kanteni heyətinə qatmaq istəyir

İDMAN

15 Avqust 2024 | 15:26

Barselona Nqolo Kanteni heyətinə qatmaq istəyir

İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Bakıvaxtı.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasında çıxış edən Nqolo Kante ilə maraqlanır.

33 yaşlı yarımmüdafiəçinin maliyyə tələbləri çox olmasa, onunla müqavilə bağlana bilər.

Qeyd edək ki, Kante ötən mövsüm klub səviyyəsində meydana çıxdığı 44 oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olub.


SON XƏBƏRLƏR

14 May 2026