• Bakı 23° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.8912

    RUB - 0.0186

“Barselona”dan sonra “Real”

İDMAN

14 Sentyabr 2024 | 12:24

“Barselona”dan sonra “Real”

“Real” klubu “Atletik”in forvardı Niko Vilyamsa elçi düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Kral klubu” Vinisius Junior və Rodriqondan hər hansı biri komandadan getmək istəsə, onun yerinə 22 yaşlı ispaniyalı futbolçunun ideal variant olduğunu hesab edir.

2024/25 mövsümündə Niko Uilyams klub səviyyəsində 4 oyun keçirsə də, fərqlənə bilməyib. AVRO-2024-də çempion olan Niko 6 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bundan sonra onun adı "Barselona" ilə sıx hallanırdı.

Qeyd edək ki, Transfermarkt portalı Vilyamsın dəyərini 70 milyon avro qiymətləndirib.

İdman.biz


SON XƏBƏRLƏR