Cüdo üzrə Zaqrebdə Qran-pri davam edir.
Bakıvaxtı.az xəbər verir ki, turnirin ikinci günündə Azərbaycanın 4 idmançısı tatamiyə çıxacaq.
Kişilərin mübarizəsində 3, qadınlarda isə 1 cüdoçumuz medallar uğrunda yarışacaq.
Cüdo: Zaqreb Qran-prisi
Kişilər
73 kq
1/16 final mərhələsindən mübarizəyə başlayacaq Nəriman Mirzəyevin ilk rəqibi Yehonatan Elbaz (İsrail) olacaq.
Eyni mərhələdə İbrahim Əliyev isə Bruno Bermeo (Ekvador) ilə qarşılaşacaq.
81 kq
Zaməddin Poladov ilk mərhələdə Mixailo Svidrakla (Ukrayna) görüşəcək.
Qadınlar
63 kq
Aytac Qardaşxanlının ilk mərhələdə rəqibi Skay Knester (CAR) olacaq.
Qeyd edək ki, Qran-prinin ilk günündə komandamızın üç medal qazanıb. Əhməd Yusifov (60 kq) gümüş, Turan Bayramov (60 kq) və Ruslan Poladov (66 kq) isə bürünc medal əldə edib. /İdman.biz