• Bakı 24° C

    19.53 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Polşanın baş məşqçisi: Məğlubiyyətə görə təslim olmayacağıq

İDMAN

16 Iyun 2024 | 20:58

Polşanın baş məşqçisi: Məğlubiyyətə görə təslim olmayacağıq

Məğlubiyyətə görə təslim olmayacağıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Polşa millisinin baş məşqçisi Mixal Probej Niderland ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis matç boyu onlara dəstək olduğu üçün azarkeşlərə öz təşəkkürünü bildirib: "İlk növbədə, bütün polşalı azarkeşlərə, stadionda olanlara və oyunu televiziya vasitəsi ilə izləyən tərəfdarlarımıza təşəkkür edirəm. Məğlubiyyətə görə təslim olmayacağıq. Qarşıdakı iki matçda qalib gəlmək istəyirik. Düşünürəm ki, daha yaxşı çıxış edə bilərik".

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün D qrupunun ilk matçında Polşa Niderland yığmasına 1:2 hesabı ilə uduzub.


SON XƏBƏRLƏR

25 Iyun 2024