• Bakı 22° C

    7.19 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Azərbaycan idmançısı Avropa çempionatında medal qazanıb

İDMAN

17 Iyun 2024 | 13:58

Azərbaycan idmançısı Avropa çempionatında medal qazanıb

Albaniyanın paytaxtı Tiranada taekvondo üzrə klublararası Avropa çempionatı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, yarışda Azərbaycanın “Alpman” klubunun idmançısı fəxri kürsüyə yüksəlib.

Məlumata görə, 46 kq çəki dərəcəsində mübarizə aparan Səlimə Quliyeva turniri gümüş medalla başa vurub.

Belə ki, millimizin də şərəfini qoruyan taekvondoçu 1/8 finalda Maria Maqdalini Mitiliniounu (Yunanıstan) 2:0 hesabı ilə məğlub edib.

O, ardınca Eşli Laytfuta (Böyük Britaniya) da eyni hesabla qalib gəlib. Quliyeva yarımfinalda Lilli Ettelbryuka (Almaniya) da gücünü göstərib – 2:0.

İdmançı finalda türkiyəli Nazlı Kesginlə qarşılaşıb. Gərgin keçən döyüş rəqibin xeyrinə (2:0) yekunlaşıb.


SON XƏBƏRLƏR

31 May 2025