• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Araz-Naxçıvan"ın rəqibləri müəyyənləşdi

İDMAN

17 Iyul 2024 | 10:21

"Araz-Naxçıvan"ın rəqibləri müəyyənləşdi

Təlim-məşq toplanışını Türkiyənin Erzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” klubunun yoxlama matçı keçirəcəyi rəqiblərin adına aydınlıq gəlib.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi iyulun 21-də Küveytin “Al-Arabi” klubu ilə gücünü sınayacaq.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda daha sonra Özbəkistanın “Soqdiana” klubunu sınağa çəkəcək. Bu görüş iyulun 24-də baş tutacaq.

Qeyd edək ki, “qırmızı-ağlar” toplanışı iyulun 25-də yekunlaşdırıb Bakıya dönəcək və 2 günlük istirahətdən sonra “Qarabağ”la oyunun hazırlığına başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR