• Bakı 30° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8972

    RUB - 0.0186

Avstraliya millisinin qapıçısı  "Roma"da

İDMAN

17 Iyul 2024 | 13:31

Avstraliya millisinin qapıçısı  Romada

Avstraliya millisinin kapitanı Metyu Rayan karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Bakıvaxtı.az "Daily Mail"ə istinadən xəbər verir ki, 32 yaşlı qapıçı bu yay Niderlandın "AZ Alkmaar" klubundan ayrılıb.

Qolkiper "Roma" ilə əməkdaşlığı daha 2 mövsüm uzatmaq variantı ilə 1 illik müqaviləni razılaşdırıb.

Qeyd edək ki, M.Rayan 2017-2021-ci illərdə İngiltərənin "Brayton" klubunda oynayarkən məşhurlaşıb. O, həmçinin “Arsenal”, “Real Sosyedad”, “Valensiya”, “Brügge”, “Kopenhagen” və digər klublarda çıxış edib.


SON XƏBƏRLƏR